Qeys Əl-Xəzəli: Riyad və Əbu-Dabiyə asanlıqla etibar etmək mümkün deyildir
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraqdakı “Əsaib Əhl Əl-Haqq” hərəkatının baş katibi Qeys Əl-Xəzəli, Səudiyyə Ərəbistanı və BƏƏ-nin İraq xalqının qanını tökdüyü üçün üzr istəməli olduğunu vurğulayıb.
Əl-Xəzəli Seyid Muhəmməd Baqir Sədrin şəhadətinin 41-ci ildönümü münasibətilə etdiyi çıxışında belə deyib: “Səudiyyə Ərəbistanı və BƏƏ İraqla tarixin yeni bir səhifəsini yaratmaqda ciddidirlərsə, terrorizmi dəstəklədiyinə və İraq xalqının qanını tökdüyünə görə üzr istəməlidirlər.”
Əl-Xəzəlinin sözlərinə görə, İraq Səudiyyə Ərəbistanı və BƏƏ-dən pislikdən və viranlıqdan başqa bir şey görməyib. BƏƏ və Səudiyyə Ərəbistanının girdiyi hər bir ölkənin taleyi qırğın və vətəndaş müharibəsindən başqa bir şey olmayıb.
“Bu ölkələr üzündən çox qan verdik … Təkcə Səudiyyə Ərəbistanı İraq xalqı arasında özünü partlatmaq üçün 5000 kamikadze göndərdi”, deyərək, “Əsaib Əhl Əl-Haqq” hərəkatının baş katibi Riyad və Əbu-Dabiyə asanlıqla etibar etməyin mümkün olmadığını qeyd edib.