İran Xarici İşlər Nazirliyi Nətənz nüvə obyektində baş verən insidentə münasibət bildirib
“Nətənz nüvə obyektində baş verən hadisədə xəsarət alanlar olmayıb və ekologiya çirklənməsi baş verməyib. Bu hadisə faciəyə səbəb ola bilərdi. Bu iş sionist rejimindən gözləniləndir. Əgər kimsə bu işlə nüvə texnlogiyasının qarşısını almaq istəyirsə yanılır və hər şey əksinə olur. Burada işi dayanan sentrifuqa cihazları İR-1 növüdür. Onların yerinə inkişaf etmiş yeni nəsil sentruqa cihazları yerləşdiriləcək.”
Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib.
O, Nətənz nüvə obyektində ötən baş verən insidentin təxribat olduğunu bildirib və onun törədilməsində birbaşa İsraili ittiham edib.
S. Xətibzadə qeyd edib ki, İran münasib zamanda lazımi cavabı verəcək və bu cavabı vermək hüququnu özündə görür.
O əlavə edib ki, bu kimi addımlar hazırda nüvə sazişilə bağlı aparılan danışıqları əngəlləmək məqsədi daşıyır.
Qeyd edək ki, İsrail KİV-ləri Nətənzdə elektrik şəbəkəsində baş verən insidentin Mossad tərəfindən həyata keçirilən kiber hücum nəticəsində baş verdiyini iddia ediblər.
Salamnews