Səudiyyə Ərəbistanı üç hərbçisini xəyanət ittihamı ilə edam etdi

Səudiyyə Ərəbistanı üç hərbçisini xəyanət ittihamı ilə edam etdi

Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi şənbə günü etdiyi açıqlamada bu nazirliyə bağlı üç hərbiçinin edam edildiyini açıqlayıb.

Səudiyyə Müdafiə Nazirliyi üç hərbiçiyə verilən ölüm hökmünün xəyanət ittihamı ilə icra edildiyini açıqlayıb.

Açıqlamaya görə, bu üç nəfər Səudiyyə Ərəbistanının maraqlarına zərbə vurmaqda və düşmənlə əməkdaşlıq etməkdə günahlandırılıb.

Rəsmi Səudiyyə xəbər agentliyi də Müdafiə Nazirliyinin bu bəyanatını yayaraq edam olunanların adlarının “Məhəmməd bin Əhməd bin Yəhya Əkkam”, “Şahir bin İsa bin Qasim Həqəvi”, “Həmud bin İbrahim bin Əli” olduğunu bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

16 − 5 =