İran dünyada ikinci mövsümi qrip peyvəndi istehsalçısı oldu

İran dünyada ikinci mövsümi qrip peyvəndi istehsalçısı oldu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam Respublikası Qrip əleyhinə peyvənd inhisarını sındırıb.

İİR-nın rekombinant mövsümi qrip peyvəndi istehsalçısının əczaçılıq qrupunun baş direktoru: “Bu peyvəndi hazırlamaqla İran dünyada qrip peyvəndi istehsal edən ikinci ölkə oldu və bu məhsulun istehsal inhisarını sındırdı.”

Əmir Fərşçi, jurnalistlərə Alborz əyalətində “Flogard” adlanan ilk mövsümi qrip peyvəndi istehsalının nailiyyətləri barədə açıqlama verərkən deyib: “Bu peyvənd dünyanın ən vacib və strateji peyvəndlərindən biridir.”

Fərşçi dünyada bir çox inkişaf etmiş ölkələrin hələ də bu peyvəndi istehsal edə bilmədiklərini vurğulayaraq sözlərinin davamında belə əlavə edib: “Hal-hazırda dünyada tək bir şirkət rekombinant qrip peyvəndi istehsal edir və biz bu peyvəndin ikinci beynəlxalq istehsalçısıyıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × 2 =