Rəsmi Kremldən “İsgəndər”lə bağlı daha bir açıqlama

Rəsmi Kremldən “İsgəndər”lə bağlı daha bir açıqlama

“Dağlıq Qarabağda “İsgəndər-M” raket parçalarının tapılması ilə bağlı mövzu Rusiya və Azərbaycan hərbçiləri arasında sıx dialoq şəraitində müzakirə olunur”.

Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

“Hərbi xətt boyunca yaxın bir dialoq aparılır, bu müddət ərzində bütün müvafiq məsələlər müzakirə olunur”,- deyə Peskov qeyd edib.

Xatırladaq ki, D. Peskov bundan öncə verdiyi açıqlamalarda Şuşaya “İsgəndər”in atılması xəbərindən məlumatsız olduqlarını açıqlamışdı.

Qafqazinfo

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 3 =