“Mən vəzifəyə gələrkən yoxsulluq 49 faiz idi, indi 5-dir”

“Mən vəzifəyə gələrkən yoxsulluq 49 faiz idi, indi 5-dir”

“Qarabağ iqtisadiyyatımızda, qeyri-enerji sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Üç hava limanı, dəmir yollarının əlaqələndirilməsi ilə əlaqədar artıq işlərə başlanılıb. Zəngilanın coğrafi mövqeyini nəzərə alsaq, mühüm daşınma və logistik mərkəz rolunu oynaya bilər. Qeyri-enerji sektoruna daha çox investorları cəlb etmək və biznes imkanları var”.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında söyləyib.

Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın reytinqinin yüksəldiyini diqqətə çatdıran dövlət başçısı deyib: “Biz 28-ci yerdəyik. Beləliklə, biznes iqlimi inkişaf edir. Bizim ideyaları yaradan, gələcəyə ümid olan təhsilli insanlarımız və gənc nəslimiz var. Müharibə zamanı dediyim kimi, mən hakimiyyətə gələrkən müharibənin ən böyük yükü uşaqların çiyinlərində idi. Beləliklə, bizim iqtisadiyyatımızı əlavə ehtiyatlarla qidalandıracaq əsas neft və qaz boru kəmərlərini başa çatdırmağa kömək edə bildik.

Biz xarici yardımdan asılı deyilik. Bizim xarici borclarımız ÜDM-in təqribən 18 faizidir. Qarşıya dünyada ən yaxşı nəticələrdən birini – xarici borcu ÜDM-in 10 faizinədək azaltmağı hədəf qoymuşam. Bizim yoxsulluq ilə bağlı çox aşağı göstəricilərimiz var. Təqribən 5 faizdir. Mən bu vəzifəyə gələrkən 49 faiz idi. Beləliklə, biz strateji baxışla bağlı bütün planlarımızı həyata keçirə biləcəyik”.

President.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 − 1 =