ABŞ polisi daha bir qaradərili şəxsi qətlə yetirdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, bazar günü Amerika polisi, Minnesota əyalətinin Minneapolis şəhərinin 16 kilometrliyində, “Corc Floydun”-un qətl olunduğu məkanda, 20 yaşlı qaradərili bir gənci qətlə yetirdikdən sonra bir daha küçələrdə polis zorakılığına və irqçiliyə qarşı etiraz aksiyaları baş qaldırıb.
Bu hadisədən sonra əllərində “Corc Floyda ədalət” yazılı plakatlar tutan bir qrup qəzəbli etirazçı ilə, çevik polis alayı arasında qarşıdurma olub.
Bir polis məmuru Bruklin Senter şəhəri ətrafında bir nəfəri saxlamağa məcbur etmək üçün öz şəxsi avtomobilində ona atəş açmış və onu qətlə yetirilib. Qətlə yetirilən şəxsi tanımaq üçün hadisə yerinə gələn qaradərili şəxsin yaxınları bu şəxsin adının “Donte Rayt” olduğunu və 20 yaşında olduğunu söyləyiblər. Polisin məlumatına görə, Raytın haqqında həbs qətimkan tədbiri seçilibmiş.