Sionist rejim 25 fələstinlini həbs etdi

Sionist rejim 25 fələstinlini həbs etdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, sionist rejimi dünən səhər İordan çayının qərb sahilinin müxtəlif yerlərində 25-dən çox fələstinlini həbs edib.

Fələstinli mənbələr İsrail qüvvələrinin Həmas liderləri Ənəs Rəsrəs, Ömər əl-Qavasimi və Şeyx Mustafa Şavərin evlərinə basqın edərək onları həbs etdiyini bildiriblər.

Keçən ayın sonlarında da İsrail qüvvələri Tubas şəhərindəki Həmas rəsmisi Fazi Əl-Səvafitənin evinə basqın edərək onu əsir götürmüşdülər. Sionistlər, eyni zamanda, qanunverici orqanın iki üzvü olan Səmir əl-Qazi və Nayef Racubun da evlərinə basqın edərək onları əsir götürüblər. Əl-Xəlil vilayəti sakini əvvəllər əsirlikdə olmuş Rizq Əl-Rəcub da, İsrail qüvvələri tərəfindən əsir götürülən başqa bir şəxs olub.

Bundan əlavə, sionist rejimi Fələstin Qanunvericilik Məclisinin sədri Əziz Duikə təhdid mesajı verərək seçkilərə qatılmaması barədə xəbərdarlıq etmiş və seçkilərə qatılacağı təqdirdə həbs ediləcəyini bildirmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

14 + 10 =