Kiyevdə sərt karantin rejimi uzadıldı

Kiyevdə sərt karantin rejimi uzadıldı

Ukraynanın paytaxtı Kiyevdə pandemiya ilə bağlı vəziyyətin pisləşməsi səbəbindən sərt karantin iki həftə uzadılıb.

Bu barədə şəhər meri Vitali Kliçko onlayn brifinq zamanı bildirib.

Ötən gün ərzində Ukrayna paytaxtında 1 457 yeni yoluxma faktı aşkar edilib, 47 nəfər yoluxma nəticəsində ölüb. Kiyev Ukraynanın bütün bölgələri arasında xəstə sayına görə liderdir.

V.Kliçko bildirib ki, şəhərin ixtisaslaşmış tibb müəssisələrində çarpayıların demək olar ki, 71 faizi koronavirus xəstələri tərəfindən tutulub. Xəstələrin əksəriyyəti ağır vəziyyətdədir.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × five =