“Türk Hava Yolları” Rusiyaya uçuşları 1 iyuna qədər dayandırıb

“Türk Hava Yolları” Rusiyaya uçuşları 1 iyuna qədər dayandırıb

Türkiyənin ən qabaqcıl mülki aviasiya şirkəti olan “Türk Hava Yolları” (THY) Rusiya ilə uçuşlarını 1 iyuna qədər dayandıracaq. Bu tarixə qədər Rusiya ilə Türkiyə arasında uçuşlar qarşılıqlı şəkildə həftədə iki dəfə həyata keçiriləcək. Bu barədə THY-nin sosial şəbəkələrdə yayımladığı məlumatda deyilir.

“Müvafiq qərar rəsmi səviyyədə qəbul edilib. 15 aprel – 1 iyun 2021-ci il tarixlərində hər iki istiqamətdə bütün uçuşlar dayandırılıb. Bu müddət ərzində Rusiya Federasiyası ilə Türkiyə arasında uçuşlar həftədə iki dəfə qarşılıqlı şəkildə həyata keçiriləcək”, məlumatda deyilir.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + one =