Müqəddəs Ramazan ayında Səudiyyə Ərəbistanının Yəmənli mülki əhaliyə qanlı hücumu

Müqəddəs Ramazan ayında Səudiyyə Ərəbistanının Yəmənli mülki əhaliyə qanlı hücumu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, yəmənli mənbələr çərşənbə günü axşam Səudiyyə qüvvələrinin Yəmənin şimal sərhəd bölgələrindən birinə qanlı hücumu barədə məlumat veriblər.

Səudiyyə koalisiyasının Ər-Rəqu bölgəsini bombardman etməsi nəticəsində iki uşaq həyatını itirib.

Bu hücum nəticəsində ikisi qadın olmaqla dörd nəfərin yaralandığı bildirilir.

Yəmənin sərhəd bölgələri son altı ildə dəfələrlə Səudiyyə koalisiya qüvvələrinin raket və artilleriya hücumlarına məruz qalıb.

Səudiyyə koalisiyasının bu hərbi təcavüzləri minlərlə dinc əhalinin öldürülməsi və yaralanması, milyonlarla insanın didərgin düşməsi, ölkənin infrastrukturunun məhvi, aclıq və yoluxucu xəstəliklərin yayılmasından başqa onlar üçün heç bir müvəffəqiyyətə səbəb olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 + one =