Türkiyə Gənclər Birliyi: İİR-nın uranın zənginləşdirilməsindəki əzmkar mövqeyini dəstəkləyirik

Türkiyə Gənclər Birliyi: İİR-nın uranın zənginləşdirilməsindəki əzmkar mövqeyini dəstəkləyirik

Türkiyə Gənclər Birliyi verdiyi bir açıqlamada İsrail rejimini İİR-nın Nətənz nüvə təsisatında təxribat törətməkdə günahlandırıb.

Yıldırım Gençerin rəhbərlik etdiyi bu birlik İİR-nın Beynəlxalq İnsan Haqları İnstitutunun müdir müavini Saman Niyaziyə ünvanladığı açıqlamasında belə bildirib: “Sionist imperialist qüvvələr İran İslam Respublikasına qarşı ağır bir hücum həyata keçirdilər. İranın nüvə santrifüj mərkəzindəki partlayış Qərb medialarında bir “hadisə” olaraq hallanır. Lakin biz, bu partlayışın İsrail hökumətinin təşkil etdiyi bir terror hücumundan qaynaqlandığına əminik.”

Bəyanatda qeyd olunur ki, biz Türkiyə Gənclər Birliyi olaraq İsrailin bu cinayətini şiddətli şəkildə qınayırıq və beynəlxalq birliyi də bu hadisəni qınamağa çağırırıq.

“Bizlər İranın uran zənginləşdirilməsini artırmağa davam edəcəyini elan etməsini yaxşı əlamət hesab edir və türk gəncləri olaraq bu əzmkar mövqeyi dəstəkləyirik”, deyə Türkiyə Gənclər Birliyi əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × four =