İraqın şimalındakı Mossadın casusluq mərkəzinə hücum
İraqlı mənbələr, İraqın şimalındakı sionist rejimin kəşfiyyat və xüsusi əməliyyat mərkəzinə (Mossad) bir hücum edildiyini bildiriblər.
Mənbələr naməlum bir qrupun Mossad mərkəzinə hücum edərək bir sıra İsrail qüvvələrini öldürdüyünü və ya yaraladığını vurğulayıblar.
Hadisənin təfərrüatlarının tezliklə yayımlanacağını qeyd olunub.
İraqın Kürdüstan bölgəsi, bu ölkədəki media mənbələrinin sionist ünsürlərin fəaliyyətləri barədə dəfələrlə xəbərdarlıq etdiyi bölgələrdən biridir. Xatırladaq ki, sionist rejimi 2017-ci ildə bu bölgənin İraqdan ayrılmasına dair keçirilən qanunsuz referendumu dəstəkləmişdi.