Myanmada etiraz aksiyalarının dağıdılması zamanı ölənlərin sayı 726-ya yüksəlib
Myanmada təhlükəsizlik qüvvələrinin hərbi xuntaya və qanuni hökumət üzvlərinin həbsinə qarşı keçirilən etiraz aksiyalarına müdaxiləsi nəticəsində ölənlərin sayı 726 nəfərə çatıb. Bu barədə Myanma Siyasi Məhbuslara Yardım Dərnəyi (AAPP) tərəfindən hazırlanan hesabatda deyilir.
Yalnız son 24 saat ərzində etiraz aksiyalarının dağıdılması zamanı 12 nəfər öldürülüb.
Məlumata görə, 3151 etirazçı hələ də həbsdədir və 813 nəfər barəsində həbs qərarı çıxarılıb.
Salamnews