Yəmənin Mərib şəhəri ətrafında gedən döyüşlərdə 96 nəfər ölüb

Yəmənin Mərib şəhəri ətrafında gedən döyüşlərdə 96 nəfər ölüb

Yəmənin Mərib şəhəri ətrafında tərəflər arasında son günlərdə gedən döyüşlərdə 96 nəfər ölüb.

Bu barədə hərbi mənbələr məlumat yayıblar.

Bildirilib ki, mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Ənsarullah” hərəkatı qüvvələri ilə beynəlxlaq təşkilatların və Səudiyyə Ərəbistanı hərbi koalisiyasının dəstəklədiyi hökumət qüvvələri arasında Mərib ətrafında gedən son günün döyüşlərində azı 96 nəfər ölüb.

Məlumata görə, Abdu-Rabbih Mansur Hadinin rəhbərlik etdiyi hökumətin qüvvələri 36, qarşı tərəf isə 60 itki verib.

Qeyd edək ki, husilər son ayda Mərib əyalətində ciddi irəliləyişlər əldə edərək, əyalətin inzibati mərkəzi olan Mərib şəhərinə yaxınlaşıblar.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

15 + 1 =