Blinken: Qoşunların çıxarılması Əfqanıstanda yeni müharibəyə səbəb olmayacaq
Xarici qoşunların Əfqanıstandan çıxarılması bu ölkədə başqa bir vətəndaş müharibəsinə səbəb olmayacaq.
Bunu ABŞ dövlət katibi Entoni Blinken açıqlayıb.
Blinken, əfqan xalqının artıq müharibə istəmədiyini və sülhə ehtiyac duyduğunu vurğulayıb.
Onun sözlərinə görə, Amerika əsgərləri ölkədən çıxdıqdan sonra da ABŞ Əfqanıstan hökumət qüvvələrini dəstəkləməyə davam edəcək.
“Qoşunların Əfqanıstandan çıxarılması ilə bağlı narahatlıq üçün heç bir səbəb olmamalıdır. 1990-cı illərdəki hadisələr bu ölkədə təkrarlanmayacaq, yeni vətəndaş müharibəsi olmayacaq”, Blinken deyib.