Kiyev Ukraynanın Sankt-Peterburq konsulunun saxlanılmasına münasibət bildirib
Ukrayna, Sankt-Peterburqdakı konsulunun saxlanılmasını Rusiya tərəfinin düşmənçilik hərəkəti kimi qiymətləndirir və rusiyalı diplomatlara qarşı cavab tədbirləri hazırlayır.
Bunu Ukrayna Xarici İşlər nazirinin müavini Yevgeniy Yenin açıqlayıb.
“Mövcud praktikaya uyğun olaraq və qarşılıqlı əlaqə prinsipi əsasında Ukrayna tərəfi rusiyalı diplomatlarla bağlı cavab tədbirləri hazırlayır”, Yenin bildirib.
Bu gün Rusiya Federasiyası FTX Ukrayna konsulu Aleksandr Sosonyukun həbs olunduğunu elan edib.
Salamnews