Almaniya Əfqanıstandakı xərcini açıqlayıb

Almaniya Əfqanıstandakı xərcini açıqlayıb

Almaniya 2001-2020-ci illərdə Əfqanıstandakı missiyada iştirakına 12 milyard avro xərcləyib.

Almaniya Xarici İşlər Nazirliyi ölkə parlamentindəki Sol Partiyanın məsələ ilə bağlı sorğusunu cavablandırarkən bildirib.

Məlumata görə, ən çox maliyyə vəsaiti 2010-2012-ci illərdə Əfqanıstanda Lamaniyanın 5 min hərbçisi xidmət edərkən xərclənib. Hazırda Almaniyanın Əfqanıstanda minə yaxın hərbçisi xidmət edir.

Xatırladaq ki, NATO 2021-ci il mayın 1-dən Əfqanıstandakı hərbçilərini çıxarmağa başlayacaq. Bu proses 2021-ci ilin sentyabrında başa çatacaq.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − sixteen =