Xaricdə yaşayan uşaqların onlayn qaydada I sinfə qəbulu mümkündürmü?

Xaricdə yaşayan uşaqların onlayn qaydada I sinfə qəbulu mümkündürmü?

“Hazırda mövcud vəziyyətlə əlaqədar tədrisin məsafədən idarə olunması təşkil edilib və gələcəkdə necə olacağı bəlli deyil”.

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbul prosesi ilə bağlı danışarkən deyib.

Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının onlayn təhsilə cəlb olunmasının mümkün olub-olmaması ilə bağlı sualı cavablandıran nazirlik rəsmisi qeyd edib ki, bu sahədə bəzi problemlər var: “Məsələn, Türkiyədə yaşayan Azərbaycan vətəndaşı övladını qeydiyyatdan keçirdi və o uşaq məktəbə qəbul olundu, amma tədris ili başlanılan dövrdə vəziyyətin necə olacağı bəlli deyil. Yəni tədrisin əyani, yoxsa distant formada təşkil olunacağı dəqiqləşməyib. Belə halda valideynin atdığı addımı yanlış qərar kimi qiymətləndiririk. Ümumilikdə proqram təminatında xarici ölkədə olan valideyn qeydiyyatdan keçə bilər”.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × two =