Ayətullah Xamenei Sərdar Hicazinin vəfatı ilə bağlı başsağlığı verdi

Ayətullah Xamenei Sərdar Hicazinin vəfatı ilə bağlı başsağlığı verdi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İran İslam İnqilabı rəhbəri Ayətullah İmam Xamenei Sepahın Qüds ordusu komandirinin müavini Sərdar Hicazinin vəfatı ilə bağlı başsağlığı verib.

Başsağlığının mətni:

“Çox təəssüf hissi ilə iftixarlar yaradan sərdarın – Sərdar Seyid Məhəmməd Hicazinin ölüm xəbərini eşitdim.

Mücahidətlə dolu bir ömür, dinamik bir düşüncə, həqiqi imanla, ümid və qətiyyətlə dolu bir qəlb və həmişə İslamın və inqilabın xidmətində duran bir qüvvə – bütün bunlar Allah yolunda çalışan bu mücahidin şəxsiyyətinin qısa xarakteristikasıdır.

O, həmişə İslam İnqilabı Keşikçiləri Korpusunda böyük və təsirli vəzifələrdə çalışmış və hamısında başıuca və müvəffəq olmuşdur.

Onun itkisi həqiqətən dərin hüzn və kədərə səbəb oldu. Bu müsibətə görə onun əziz həyat yoldaşı, övladları və digər ailə üzvlərinə, həmçinin dostlarına və həmkarlarına səmimi qəlbdən başsağlığı verməyi, Uca Allahdan səbr və təsəlli diləməyi özümə borc bilirəm.

Allahın rəhməti və məğfirəti  bu mərhum qardaşa olsun!  Seyid Əli Xamenei 30 Fərvərdin (19 aprel) 1400 h\ş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + 19 =