Son 20 gündə ABŞ polisi tərəfindən 64 nəfər qətlə yetirildi

Son 20 gündə ABŞ polisi tərəfindən 64 nəfər qətlə yetirildi

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, hər dəfə Corc Floydun qətli ilə bağlı məhkəmənin keçiriləcəyi gündən öncə, başqa bir nəfər ABŞ polisi tərəfindən digər bir yerdə qətlə yetirilir.

Qəzetin yazdığına görə, Minneapolis polis məmuru Derek Şovinin mühakiməsi hər gün Amerika xalqı üçün Corc Floydun bu şəxsin dizləri altındakı dəhşətli qətlinin xatirəsini canlandırarkən və insanlar onun hökmünü həyəcanla gözləyərkən, Amerika polisi tərəfindən edilən qətllər fasiləsiz artmaqdadır.

“New York Times” tərəfindən əldə olunan dəqiq məlumatlara görə məhkəmə prosesi martın 29-da başladığından bəri, ölkə daxilində polislər tərəfindən ən azı 64 nəfər qətlə yetirilib, bunların yarısından çoxu qaradərili və latin mənşəli amerikalılardır. Şənbə gününə qədər ABŞ polisi tərəfindən hər gün orta hesabla üç nəfərdən çox adam öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen − 11 =