Avropa parlamentinin üzvü: İran, ABŞ-dan fərqli olaraq, İraqın İŞİD-lə mübarizə aparmasına kömək etdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Avropa Parlamentinin irlandiyalı üzvü Mick Wallace, çərşənbə axşamı twitter-də İŞİD-in ABŞ-ın İraqı işğal etməsinin məhsulu olduğunu bildirib.
O, twitter mesajında belə yazıb: “İŞİD, ABŞ-ın qanunsuz işğalı nəticəsində yaranan İraqın dağıntılarından meydana gəldi və çox sayda İŞİD üzvü ABŞ-ın günahsız insanlara işgəncə verdiyi həbsxanalardan çıxdı.”
Bu Avropa Parlamentinin üzvü belə qeyd edib: “İraq, İŞİD-lə mübarizədə Obamadan kömək istədikdə o, bundan imtina etdi və İran onların köməyinə gəldi. Eyni zamanda, ABŞ, Körfəz ölkələri və İsrail Suriyanı məhv etmək üçün cihadçıları silahlandırdılar.”
Bu Avropa rəsmisi həmçinin bir neçə gün əvvəl İraqın “Haşdu Şabi” qüvvələrini tərifləyərək bir twitter mesajında belə yazıb: “2014-cü ildə İraq hökuməti ABŞ və Avropa Birliyindən İŞİD-lə mübarizə üçün kömək istədi, lakin onların istəyi rədd edildi. ABŞ-ın İraqı qanunsuz işğalından sonra böyüyən İŞİD-lə mübarizə üçün İraq xalqını (Haşdu Şabi) səfərbər etməyə yardım edən məhz İran oldu.”