Rusiya Qara dənizdə “kalibr” raketləri ataraq NATO əleyhinə gücünü nümayiş etdirdi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Qara dənizdə Rusiyanın “kalibr” adlı qanadlı raketlərinin atıldığını və bununla Rusiyanın NATO-nun bölgədəki son hərbi manevrlərinə qarşı güc nümayiş etdirdiyini bildirilir.
Rusiya frekateynləri çərşənbə axşamı günü Qara dənizə bir neçə qanadlı raket atıb. Bundan əlavə yeni peyk şəkillərində Ukrayna yaxınlığında Rusiya hərbi birləşmələri və Su-30 döyüş təyyarələrinin Krımda yerləşdirilməsi də öz əksini tapıb.
Məlumata görə, “kalibr” qanadlı raketlərinin atılması Rusiya Qara Dəniz Donanmasının 20-dən çox döyüş gəmisinin “Su-25” təyyarəsinin heyəti ilə birgə keçirdiyi təlim vaxtı baş verib. Təlimdə 50 döyüş təyyarəsi iştirak edib.