16 yaşlı qaradərili bir qız Ohaya polisi tərəfindən qətlə yetirildi
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Ohaya ştatının Kolumbus şəhər polis idarəsinin bir məmuru, Mekaya Bryant adlı bir qaradərili yeniyetmə qıza dörd dəfə atəş açaraq onu qətlə yetirmişdir. Polisin ailə problemi ilə bağlı bir zəng aldıqdan sonra hadisə yerinə getdiyi bildirilir.
Hadisə ilə əlaqədar polis kamerasından əldə olunan görüntülərə görə, polis hadisə yerinə yaxınlaşdıqda bir neçə adamın qışqırması ilə qarşılaşır, yaxınlaşdıqda iki nəfər arasında baş verən davanın şahidi olur ki, onlardan biri əlində bıçaq olan 16 yaşlı qız olmuşdur. Bu an polis ona tərəf dörd dəfə atəş açır.
Sputnik-in məlumatına görə, Cinayət Axtarışı Bürosu hadisə ilə bağlı müstəqil istintaq başladıb.
Münsiflər heyəti Corc Floydun qatili Derek Şoveni ikinci dərəcəli iki qəsdən adam öldürmə maddəsi və ikinci dərəcəli bir qəsdən adam öldürmə ehtimalı maddəsi ilə təqsirli bildiyi gün daha bir şəxs ABŞ polisi tərəfindən qətlə yetirildi. Şovenin mühakiməsi qəti olarsa, hakim onu 40 il həbs cəzasına məhkum edə bilər.
Son günlərdə ABŞ polisi həmçinin Çikaqonun qərbindəki meksikalılar yaşayan bir məhəllədə 13 yaşlı bir uşağı və Floydun öldürüldüyü yerdən bir neçə mil uzaqlıqda isə 20 yaşlı qaradərili bir şəxsi güllələmişdir.
“New York Times” tərəfindən əldə olunan dəqiq məlumatlara görə məhkəmə prosesi martın 29-da başladığından bəri, ölkə daxilində polislər tərəfindən ən azı 64 nəfər qətlə yetirilib, bunların yarısından çoxu qaradərili və latin mənşəli amerikalılardır. Şənbə gününə qədər ABŞ polisi tərəfindən hər gün orta hesabla üç nəfərdən çox adam öldürülüb.
Tez tez ABŞ polisinin qaradərili insanları öldürməklə zorakılıq etməsi müxtəlif əyalətlərdə geniş gərginlik və iğtişaşlara səbəb olur.