İsrail müdafiə sənayesinin mərkəzində partlayış+ Video
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, işğal olunmuş Fələstinin mərkəzində, “Ramallah” şəhərindəki sionist rejiminə aid bir zavod və hərbi araşdırmalar mərkəzində dəhşətli bir partlayış baş verib. Sionistlərin bu partlayış xəbərinin qarşısını almaq üçün senzura və ciddi məhdudiyyətlərinə baxmayaraq sonda bu partlayışın həcmini göstərən foto və videolar ortaya çıxdı və sionist qəzeti Haaretz də partlayışın dünən baş verdiyini təsdiqlədi.
Partlayışın baş verdiyi yer də öz növbəsində əhəmiyyətlidir. “Tamer şirkəti” İsrail rejiminin Müharibə Nazirliyinə bağlı olan, fəaliyyət sahəsi raket mühərrikləri, xüsusilə də qatı yanacaqla işləyən raket mühərriki istehsal edən yüksək texnologiyalardır. “Arrow” hava hücumundan müdafiə sistemi raketlərinin mühərrik sistemləri və İsrailin Şavit peyk daşıyan raketləri də daxil olmaqla sionist rejimin ən vacib avadanlıqlarından bəziləri bu şirkət tərəfindən istehsal olunur.