Faktiki hava: Neft Daşlarında dalğanın hündürlüyü 2.6 metrə çatıb
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, aprelin 22-si saat 12:00-a verdiyi məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin aprelin 21-i gündüzdən etibarən bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb.
Düşən yağıntının miqdarı Sarıbaş (Qax), Ağdərədə (Ordubad) 6, Balakən, Gədəbəydə 5, Tovuzda 4, Kişçay (Şəki), Qusar, Şəmkirdə 3, Astara, Zaqatala, Ceyrançöldə 2, Daşkəsən, Naxçıvan, Şahbuz, Naftalan, Gəncə, Ağstafa, Yevlax, Göyçay, Yardımlı, Lənkəran, Şahdağ, Xınalıqda 1 mm-dək olub.
Şimal-qərb küləyi əsib, arabir Naftalanda 26, Şəkidə 25, Daşkəsəndə 23, Zaqatalada 22, Balakən, Ağstafa, Gəncədə 20, Mingəçevirdə 19, Ələt, Biləsuvar, Yevlax, Göygöldə 18, Şabran, Tərtər, Tovuzda 16, Bayıl yamacında 27, Bakıda 25, Qum adasında 23, Sumqayıt, Maştağada 20, Pirallahı, Binədə 19, Neft Daşlarında 17, Çilov adasında 16 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.