Husilər bir gündə ikinci dəfə Səudiyyə Ərəbistanın hava limanına hücum etdiklərini bildiriblər

Husilər bir gündə ikinci dəfə Səudiyyə Ərəbistanın hava limanına hücum etdiklərini bildiriblər

Husilər bu gün Səudiyyə Ərəbistanın cənubunda Kral Xalid hava limanını ikinci dəfə hədəfə aldıqlarını bildiriblər.

Bunu mərkəzi qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri”nin mətbuat katibi briqada generalı Yəhya Səri rəsmi tvitter səhifəsində yazıb.

O bildirib ki, bu gün ikinci dəfə Səudiyyə Ərəbistanın cənubunda yerləşən Kral Xalid hava limanı “Qasif-2” PUA-ları vasitəsilə hədəfə alınıb.

Yəhya Səri bu gün sübh həmin hava limanına iki ədəd PUA ilə hücumun həyata keçirildiyini, Cazanda yerləşən ARAMCO neft şirkətinin bir obyektinin isə “Sammad-1” PUA-sı ilə hədəfə alındığını bildirmişdi.

Onun sözlərinə görə bu hücumlar, Yəmənin mühasirədə saxlanılması və ölkəyə edilən təcavüzlərə görədir.

Səudiyyə Ərəbistanı koalisiyası hələ bu hücuma münasibət bildirməyib.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four − 2 =