Seyyid Həsən Nəsrullah: Müqavimətin Sərdar Hicazi kimi komandirlərə ehtiyacı var

Seyyid Həsən Nəsrullah: Müqavimətin Sərdar Hicazi kimi komandirlərə ehtiyacı var

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullah Ramazan ayı ilə bağlı çıxışında bir daha İnqilab Keşikçiləri Korpusunun Qüds ordusu komandirinin müavini General Seyid Məhəmməd Hüseyinzadə Hicazinin şəhid olması ilə əlaqədar İran İslam Respublikasına başsağlığı verib.

“Əl-Mənar” telekanalının verdiyi məlumata görə, Seyid Həsən Nəsrullah Sərdar Hicazinin illərdir Livanla əlaqədə olduğunu və müqaviməti dəstəklədiyini söyləyib.

Seyyid Nəsrullah həmçinin Sərdar Hicazinin gözəl əxlaqi xüsusiyyətlərə sahib olduğunu və müqavimətin mühüm döyüşlərdə onlara böyük uğurlar qazandıra biləcək belə komandirlərə ehtiyacı olduğunu vurğulayıb.

Seyyid Həsən Nəsrullah daha sonra Livanın daxili problemlərinə toxunaraq, imkanı olan şəxsləri Livandakı çətin iqtisadi vəziyyət şəraitində yeni layihələr yaradaraq işsizlik məsələsinə öz töhvələrini verməyə çağırıb.

Bundan əvvəl Hizbullahın baş katibi bir mesajında ​​Sərdar Hicazinin şəhadəti ilə əlaqədar İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xameneiyə başsağlığı vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 17 =