Məscidül-Əqsanın vaizi: Qüds xalqı heç vaxt sionistlərə təslim olmayacaq
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Məscidül-Əqsanın vaizi Şeyx Əkrəmə Səbri Qüds sakinlərinin özlərini qorumaq üçün cəsarət, şərəf və ləyaqət sahibi olduqlarını vurğulayıb.
“Safa” xəbər agentliyi Səbrinin sözlərinə istinad edərək yazıb ki, Qüds xalqı heç vaxt sionistlərin İsrail təhlükəsizlik xidmətlərinin dəstəyi ilə həyata keçirdiyi bu qədər vəhşiliyə və zülmlərə təslim olmayacaq.
Şeyx Əkrəmə bildirib ki, xalqın qəzəbindən doğan “partlayış” baş verən zaman insanlar reaksiya göstərmək üçün heç kimlə məsləhətləşməyəcəklər və bu “partlayış” sionistlərin rəftarlarından irəli gələn ixtiyarsız hisslərin nəticəsi olacaq.
Məscidül-Əqsanın vaizi qeyd edib ki, Qüds xalqı sionist məmurlar və ekstremist yəhudi qruplaşmalarının zülmünə təslim olmayacaqlar.
Şeyx Əkrəmə əlavə edib ki, Qüdsün inqilabçı gəncliyi Məscidül-Əqsaya olan sevgisində hələ də davamlıdırlar və rejim ordusunun dəstəyi ilə həyata keçirilən sionist təcavüzünə qarşı həmişə müqavimət göstərəcəklər.