Sionist müharibə nazirinin Dimona yaxınlığındakı partlayışa reaksiyası: Səy göstərdik, ancaq uğursuz oldu

Sionist müharibə nazirinin Dimona yaxınlığındakı partlayışa reaksiyası: Səy göstərdik, ancaq uğursuz oldu

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, ibrani dilində yayımlanan “Yediot Aharonot” qəzeti cümə axşamı İsrailin Müharibə Naziri Beni Qantzın işğal altında olan Fələstinin cənubundakı Dimona nüvə təsisatı yaxınlığına atılan bir raketlə bağlı suala reaksiya verdiyini bildirib.

Bu məlumata əsasən İsrail müharibə naziri belə iddia edib: “Bizim təyyarələrimizə havadan bir zenit raketi atıldı. Raketin qarşısını almaq cəhdləri göstərildi, ancaq bu cəhdlər uğursuz oldu. Hələ də hadisənin təfərrüatlarını araşdırırıq.”

İsrailin keçmiş müharibə naziri də həmçinin Dimona nüvə təsisatına raket atılması xəbərinə toxunaraq belə deyib: “200 kiloqramlıq döyüş başlığına malik raketin İsrailə atıldığı bir vəziyyət fərqli ola bilərdi. Netanyahu isə yatır və  yalnız şəxsi işləriylə məşğul olur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − fifteen =