Türkiyə XİN: Heç bir yalana və təzyiqə boyun əyməyəcəyik

Türkiyə XİN: Heç bir yalana və təzyiqə boyun əyməyəcəyik

Türkiyə Xarici İşlər Nazirliyi erməni terroru nəticəsinə qətlə yetirilən türk diplomatların xatirəsini yad edib.

Nazirliyin tvitter səhifəsində yayılan paylaşımda deyilir:

“Yalanlar yalnız tarixi təhrif etmir, eyni zamanda günahsız canları da alır.

Erməni terroru nəticəsində şəhid olan həmkarlarımızı unutmadıq və heç vaxt unutmayacağıq! Rahat yatsınlar, heç bir yalana və təzyiqə boyun əyməyəcəyik”.

Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nine + 12 =