İran XİN başçısı İraq və Qətərə səfər edəcək
İranın xarici işlər naziri Cavad Zərif siyasi nümayəndə heyətinin başında aprelin 25-də İraq və Qətərə səfər edəcək.
Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.
O qeyd edib ki, səfər ikitərəfli münasibətlərin inkişafı, regional və trans-regional danışıqlar çərçivəsində baş tutacaq. C. Zərif səfər zamanı Qətər və İraq hökumətlərinin nümayəndələri ilə görüşəcək.