ABŞ-ın Kaliforniyadakı etirazları F-15 döyüş təyyarələri ilə yatırmaq niyyəti ifşa olundu
Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, şənbə günü bir ABŞ qəzeti bəzi hərbi mənbələrə istinadən, F-15 qırıcı təyyarələrinin Kaliforniyadakı koronavirus məhdudiyyətlərindən qaynaqlanan iğtişaş dalğası ilə mübarizə aparmaq üçün hazır vəziyyətdə olduğunu bildiriblər
“Los Angeles Times” qəzetinin yazdığına görə, Kaliforniya Milli Qvardiyasının dörd üzvü F-15C qırıcılarının artıq daxili missiyalar üçün hazır vəziyyətdə olduğunu söyləyiblər. Bu mənbələrə görə, bu qırıcılar aşağı hündürlüklərdə uçaraq əhalini qorxutmaq və dağıtmaq üçün istifadə olunacaqdır.
Bu mənbələr F-15 qırıcısının Fresno şəhərində, etirazçıları qorxutmaq üçün yerləşdirilməsinin ABŞ mülki şəxslərinə qarşı ordunun qanunsuz istifadəsi olduğunu bildiriblər. Bu hərbiçilərdən biri söyləyib: “Bu, ordunu rüsvay edəcək tamamilə qanunsuz bir əmrdir. Bu xəbərin yayılması bəzi Amerikalı millət vəkillərinin də narahatlığına səbəb olub.”