Bayden Osmanlı İmperiyası tərəfindən ermənilərin qətlə yetirilməsini “soyqırım” kimi tanıdı

Bayden Osmanlı İmperiyası tərəfindən ermənilərin qətlə yetirilməsini “soyqırım” kimi tanıdı

ABŞ prezidenti Co Bayden, şənbə günü Vaşinqton ilə Ankara arasında yeni bir gərginlik dalğasına səbəb ola biləcək bir bəyanatla Birinci Dünya Müharibəsi əsnasında Osmanlı imperiyası tərəfindən ermənilərin qətlə yetirilməsi hadisəsini soyqırım elan edib.

Co Bayden bu bəyanatda bildirib: “Biz hər il bu gündə Osmanlı İmperiyası tərəfindən ermənilərin soyqırımı zamanı həlak olanların xatirəsini ehtiramla yad edirik və bu cür vəhşiliklərin qarşısını almağı özümüzə borc bilirik.”

O, belə əlavə edib: “Amerika xalqı 106 il əvvəl belə bir gündə başlayan bu soyqırım zamanı ölən bütün erməniləri ehtiramla yad edir.”

Analitiklərin nəzərinə görə Baydenin bu addımı Vaşinqton ilə Ankara arasındakı gərginliyi artıra bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − 11 =