Azərbaycanın sığorta bazarı 3%-dən çox böyüyüb

Azərbaycanın sığorta bazarı 3%-dən çox böyüyüb

Bu ilin yanvar-mart aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 248,989 milyon manat məbləğində sığorta haqqı toplanılıb.

Bu, ötən ilin eyni dövrünə nisbətən 3,4% çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 145,345 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 88,5% çoxdur.

2021-ci ilin yanvar-mart aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 58,4 manatı ödəniş edilib. 2020-ci ilin eyni dövründə bu göstərici 32 manat olub.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − three =