İtaliyada mafiya ilə əlaqədə şübhəli bilinən 99 nəfər saxlanılıb
İtaliyanın hüquq-mühafizə orqanları ölkənin cənubundakı Bari şəhərində yerli mafiya ilə əlaqədə şübhəli bilinən 99 nəfəri saxlayıb.
Bu barədə məlumatı İtaliyanın ANSA agentliyi yayıb.
Məlumata görə, saxlanılan şəxslərin ölkənin cənubunda fəaliyyət göstərən “Strişulo” klanı ilə əlaqələrinin olduğuna dair şübhələr var. Onlar mafiya qruplaşmasında iştirak, qəsbkarlıq və narkotiklərlə əlaqəli cinayətlərdə ittiham olunurlar.
Report