Ötən il Gürcüstan vətəndaşlığının alınması üçün 200-dən çox müraciət təmin edilməyib

Ötən il Gürcüstan vətəndaşlığının alınması üçün 200-dən çox müraciət təmin edilməyib

Ötən il Gürcüstan vətəndaşlığının təqdim olunması ilə bağlı 8 minə yaxın müraciət təmin edilib.

Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbər müavini Vaxtanq Batiaşvili parlamentdə hesabatla çıxış edərkən məlumat verib.

Onun sözlərinə görə, 2020-ci ildə müxtəlif növ yaşayış icazəsinin alınması ilə bağlı 18 minə yaxın müraciətə müsbət rəy verilib.

DTX rəsmisi qeyd edib ki, dövlət təhlükəsizliyi maraqları nəzərə alınmaqla vətəndaşlığın alınması üçün 200-dən müraciət təmin edilməyib və yaşayış izni ilə bağlı təxminən 2 400 müraciətə imtina cavabı verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 + 15 =