Rusiyada ehtiyatda olan hərbçilər xidmətə çağırılıb
Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin xidmətə çağırılması barədə sərəncam imzalayıb.
Bu barədə sənəd Rusiya hökumətinin uyğun informasiya saytında yayılıb.
“Ehtiyatda olan Rusiya Federasiyası vətəndaşları 2021-ci ildə Rusiya Federasiyası Silahlı Qüvvələrində və federal təhlükəsizlik xidmətində hərbi təlim keçməyə çağırılır”, – sərəncamda bildirilib.
Sərəncam aprelin 26-dan qüvvəyə minir.
Report