“Kətaib-Hizbullah”: Haşdu Şabi heç vaxt dağıdılmayacaq

“Kətaib-Hizbullah”: Haşdu Şabi heç vaxt dağıdılmayacaq

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraqdakı “Kətaib-Hizbullah” müqavimət hərəkatı İraq müqavimət qüvvələrinin heç vaxt silahlarını yerə qoymayacaqları vurğulayıb.

“Kətaib-Hizbullah” müqavimət hərəkatının təhlükəsizlik rəsmisi Əbu Əli Əl-Əskəri bir twitter mesajında yazıb: “Haşdu Şabi heç vaxt dağıdılmayacaqdır və hətta əgər belə bir hal baş verərsə, İslami Müqavimət, Haşdu Şabi döyüşçülərini bütün qrupları və potensialları ilə birgə özünə qəbul edəcəklər.”

O belə təkid edib: “Biz silahlarımızı İmam Zamandan (əf) başqa əsla heç kəsə verməyəcəyik. Beləliklə, ey mücahidlər, gözləriniz aydın olsun! Sionist, Amerika və Səudiyyə koalisiyası isə qəzəbindən ölsün və hər kəs bilsin ki, bizlər Səudiyyə rejiminin İraqda aparacağı danışıqlarda heç kəsin tərəfində olmayacağıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + seven =