İşğal olunmuş Qüdsdə sionist hərbiçilərlə qarşıdurmada 100 nəfər fələstinli yaralandı

İşğal olunmuş Qüdsdə sionist hərbiçilərlə qarşıdurmada 100 nəfər fələstinli yaralandı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İsrail ordusu hərbiçiləri cümə axşamı gecəsi işğal olunmuş Qüdsdəki Bab əl-Amud bölgəsinin sakinlərinə hücum edərək onlarla nəfəri yaralamış və bir neçə nəfəri isə həbs ediblər.

Fələstinin Qızıl Aypara cəmiyyəti, bu qarşıdurmalarda 100 fələstinlinin yaralandığını bildirib.

Yerli KİV xəbər verir ki, işğalçı rejim qüvvələri Bab əl-Amudda Muhəmməd Xızr Əbulhəva və Tariq Bəkr Əbulhəva adlı 20 və 23 yaşlı iki fələstinli gənci həbs ediblər.

Fələstinli mənbələr Qüds əhalisi ilə sionist milislər arasında toqquşmaların hələ də qismən davam etdiyini və bu qarşıdurmalar zamanı “Vadi Əl-Covz” qəsəbəsi sakinlərindən birinin avtomobilinin yandığını xəbər veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × four =