Azərbaycan-Pakistan biznes forumu keçiriləcək
Aprelin 29-da Pakistan Ticarət İnkişaf İdarəsinin və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Pakistan biznes forumu təşkil olunacaq.
Pakistanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, onlayn formatda keçiriləcək forumda iki ölkənin əczaçılıq, cərrahiyyə, aqrar, tekstil və yüngül sənaye sahəsində fəaliyyət göstərən şirkətləri təmsil olunacaq.
Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Pakistanla apardığı ticarət mübadiləsinin həcmi 13,2 mln. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilə müqayisədə 10% azdır. Azərbaycandan Pakistana ixracın həcmi 1,66 mln. dollar təşkil edib ki, bu da 2019-cu il ilə müqayisədə 5,3% çoxdur. İdxalın həcmi isə 11,63 mln. dollara bərabər olub ki, bu göstərici 2019-cu il ilə müqayisədə 19,1% azalıb.
Nəticədə, 2020-ci ildə 9,97 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 29,7% azdır.