Bloomberg: Baydenin açıqlamasından sonra Türkiyə Azərbaycana dəstəyini gücləndirə bilər

Bloomberg: Baydenin açıqlamasından sonra Türkiyə Azərbaycana dəstəyini gücləndirə bilər

Türkiyə tərəfinin Osmanlı İmperiyasında ermənilərin başına gələn hadisələri “soyqırım” kimi tanıyan ABŞ Prezidenti Co Baydenin bəyanatına cavabı iqtisadiyyat və müdafiə sahəsində işbirliyinə dair Türkiyə-ABŞ anlaşmalarının dondurması ola bilər.

Bu barədə “Bloomberg” vəziyyətlə yaxından tanış olan mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, Baydenin bu hərəkəti əsasən simvolik məna daşısa da, yeni administrasiyanın  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin istiqamətini müəyyənləşdirdi.

Ronald Reyqandan sonra heç bir ABŞ lideri NATO müttəfiqi Türkiyəni özündən uzaqlaşdırmaq qorxusu ilə “soyqırım” ifadəsini işlətməyib. Bayden isə “erməni soyqırımı” ifadəsini səsləndirərək əslində müttəfiqinə meydan oxuyur.

Bunun nəticələrindən biri Türkiyə tərəfindən müdafiə və iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmanın dondurulması ola bilər. Mənbənin sözlərinə görə, bu anlaşma Türkiyə, Suriya və İraq kimi regional münaqişələrdə ABŞ-la iş birliyinə imkan verir.

Baydenin açıqlamaları, diplomatik münasibətləri olmayan və bağlı sərhədlər arxasında bir-biri ilə “toqquşan” Ermənistanla Türkiyə arasında gərginliyə səbəb ola bilər.

Mənbə qeyd edib ki, Türkiyə hökuməti  dənizə çıxışı olmayan Ermənistana qarşı addımlar ata və Azərbaycana dəstəyini gücləndirə bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden rəsmi açıqlamasında XX əsrin əvvəllərində Osmanlıda ermənilərin kütləvi ölümünü “soyqırım” adlandırıb.

Bayden 40 ildən sonra “erməni soyqırımı” ifadəsini işlədən ilk ABŞ prezidentidir. 1981-ci ildə ABŞ prezidenti Reyqan bu ifadəni işlədib.

Baydenin müraciətində deyilir ki, 1915-ci ildə Osmanlı İmperiyasında “milyon yarım erməni deportasiya edilib, öldürülüb”.

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

nineteen + 14 =