Bakıda yeni işıqforlar quraşdırılıb

Bakıda yeni işıqforlar quraşdırılıb

 Bakı Nəqliyyat Agentliyi paytaxtın küçə və prospektlərində piyadaların hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması işlərini davam etdirir.

Bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu çərçivədə bir neçə təhsil müəssisəsinin yerləşdiyi Rəşid Behbudov küçəsi, 55 ünvanında mövcud eyni səviyyəli piyada keçidinin nizamlanması üçün işıqfor quraşdırılıb.

Nəticədə təhlükəsizlik səviyyəsi artırılıb, hərəkət növbəliliyi təmin edilib və əlilliyi olan şəxslərin rahatlığı üçün panduslar inşa olunub, svetofor dirəklərində çağırıcı qurğular yerləşdirilib.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 × 4 =