Azərbaycanda martda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 49% artıb

Azərbaycanda martda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 49% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə kəskin azalıb, təkcə mart ayında isə artıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkədə ümumi sahəsi 481,8 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu, illik ifadədə 46,4% azdır. Belə ki, ötən ilin yanvar-martında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi 899,6 min kvadrat metr təşkil edib.

Təkcə mart ayında ölkədə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi aylıq ifadədə 49,5% artaraq 207,8 min kvadrat metr təşkil edib.

Xatırladaq ki, cari ilin yanvar-mart aylarında yaşayış evlərinin tikintisinə 205,2 mln. manat vəsait yönəldilib, bu da illik ifadədə 29,1% azdır.

Qeyd edək ki, 2020-ci ildə ölkədə ümumi sahəsi 4 957,2 min kvadrat metr təşkil edən yaşayış evləri istifadəyə verilib. Bu da, əvvəlki illə müqayisədə 47,6% azdır.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 7 =