Pakistan və Qətər Səudiyyə vəliəhdinin İranla əlaqələri bərpa etməklə bağlı mövqeyini alqışlayıblar

Pakistan və Qətər Səudiyyə vəliəhdinin İranla əlaqələri bərpa etməklə bağlı mövqeyini alqışlayıblar

Qətər xarici işlər naziri və Pakistanın baş naziri Səudiyyə Ərəbistanın vəliəhdi Məhəmməd bin Salmanın İranla bağlı son açıqlamasını alqışlayıblar.

Qətərin xarici işlər naziri Məhəmməd ibni Əbdürrəhman Ali-Sani rəsmi tvitter səhifəsində Məhəmməd bin Salmanın İranla əlaqələri bərpa etməklə bağlı mövqeyini alqışlayıb.

Eyni zamanda Pakistanın baş naziri İmran Xan rəsmi tvitter səhifəsində Səudiyyə vəliəhdinin İranla əlaqələri normallaşdırmaq haqda mövqeyini alqışlayıb və bu addımın bölgədə sülhə, sabitliyə və inkişafa gətirib çıxaracağını bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanın vəliəhdi və müdafiə naziri Məhəmməd bin Salman yerli telekanalların birinə verdiyi müsahibədə İranla Səudiyyə Ərəbistanı arasında əlaqələrin yaxşılaşmasını istədiyini bildirib.

Məhəmməd bin Salman əlavə edib ki, “Səudiyyə Ərəbistanın İranda, İranın da Səudiyyə Ərəbistanında mənafeyi var və tərəflər bölgəni və dünyanı inkişafa və çiçəklənməyə aparmalıdırlar.”

Salamnews

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + fifteen =