Çavuşoğlu: Ankara Kiprdə iki dövlət ideyasını dəstəkləyir
Türkiyə Kiprdə iki suveren və bərabər hüquqlu dövlət yaratmaq təşəbbüsünü qətiyyətlə dəstəkləməyə davam edəcək.
Bunu Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu Cenevrədə Kiprlə bağlı üç günlük qeyri-rəsmi konfransın nəticələrinə dair açıqlamasında bildirib.
Türkiyə diplomatiyasının rəhbəri Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ilə ortaq mətbuat konfransı təşkil edib.
Çavuşoğlunun sözlərinə görə, Kipr yunan icmasının liderləri Cenevrədə eyni formulu təkrarlayıblar.
“Kiprin yunan icması yeni bir təklif irəli sürmədi. Cenevrədə, sadəcə dəfələrlə müzakirə edilən və nəticəsi olmayan formullar yenidən təkrarlandı. Baş katib Antoni Quterreşin də təklifləri rədd edildi, qəbul etməyəcəklərini onun üzünə söylədilər.
Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyi, suverenliyi və bərabərliyi mövzusunda güzəştə getməyəcəyik”, nazir deyib.