Sionist hərbiçiləri işğal altındakı Qüdsdə mərasim keçirən fələstinli gənclərə hücum edib

Sionist hərbiçiləri işğal altındakı Qüdsdə mərasim keçirən fələstinli gənclərə hücum edib

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, çərşənbə axşamı səhər sionist silahlıları işğal altındakı Qüdsdə Fələstinli nümayişçilərlə toqquşub.

Jerusalem Post qəzetinin yazdığına görə, yüzlərlə Fələstinli gənc bazar ertəsi axşamı Babul-Əmudda Ramazan mərasimləri üçün toplaşarkən İsrail polisinin hücumuna məruz qalıb.

Fələstinli gənclər vətənpərvər şüarlarla Qüdsün işğalçı qüvvələri qarşında müqavimət göstərərkən, Sionist təhlükəsizlik qüvvələri onları ağır hücumlarla dağıtmağa çalışıb.

Fələstin mediası da sionist silahlılarının bir fələstinlini həbs etdiyini xəbər verib.

İsrailin 12 nömrəli kanalı, yüzlərlə başqa fələstinlinin dinc yolla Babul-Əmuddan ötərək Məscidül-Əqsaya tərəf hərəkət etdiklərini iddia edib.

Ramazan ayının əvvəlindən bəri sionist rejimi fələstinlilərin Ramazan ayında Babul-Əmudda oturmasını və dini ibadət və mərasimlər keçirməsini qadağan etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 18 =