Human Rights Watch: İsrail rejimi apartayddır və ona sanksiya tətbiq edilməlidir

Human Rights Watch: İsrail rejimi apartayddır və ona sanksiya tətbiq edilməlidir

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, 1978-ci ildən bəri insan haqları mövzusunda çalışan, beynəlxalq qeyri-hökumət təşkilatı olan “Human Rights Watch”, sionist rejimini “apartayd” adlandırmış və bu rejimin rəsmilərinə qarşı sanksiyaların tətbiq edilməsini istəmişdir.

Guardian və Reuters kimi Qərb KİV-ə görə, Human Rights Watch-un 213 səhifəlik hesabatı bu başlıqla dərc edilib: “İsrail rəsmiləri, apartayd cinayətləri və sitəmkarlıq.”

Human Rights Watch təşkilatının hesabatına görə, Roma statutunun müddəalarına əsasən, sionist rejiminin fəaliyyətləri qanuni olaraq apartayd cinayətinə şamil olunur.

Human Rights Watch qeyd edib ki, İsrailin fələstinlilərin həyatı üzərindəki apartayda yönələn hakimiyyəti ilə bağlı on illərdir davam edən xəbərdarlıqlardan sonra artıq bu rejim bu həddi keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven + ten =