İtaliyada yoluxma sayı 4 milyonu keçdi

İtaliyada yoluxma sayı 4 milyonu keçdi

İtaliyada yeni növ koronavirus infeksiyasına yoluxma hallarının sayı 4 milyonu ötüb.

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkədə gün ərzində 14 320 nəfərdə COVID-19 aşkar olunub. Ölkədəki koronavirus xəstələrinin ümumi sayı 4 009 208-ə çatıb.

Eyni zamanda, 288 nəfər koronavirusun qurbanına çevrilib, bütün pandemiya dövründə isə 120 544 nəfər bu virusa yoluxaraq həyatını itirib.

Mülaicə alan 3 449 000 pasiyent sağalıb.

Trend

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four × 4 =