Azərbaycan və Portuqaliya XİN arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Portuqaliya XİN arasında siyasi məsləhətləşmələr keçirilib

29 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası və Portuqaliya Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin 2-ci raundu idarə rəisləri səviyyəsində video konfrans formatında keçirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məsləhətləşmələr zamanı Azərbaycan və Portuqaliya arasında ikitərəfli əlaqələr nəzərdən keçirilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, təhlükəsizlik, regional və digər maraq kəsb edən məsələlər müzakirə olunub. Portuqaliyanın Avropa İttifaqı Şurasına hazırkı sədrliyi nəzərə alınaraq, həmçinin Azərbaycanın Aİ ilə əməkdaşlığı məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin, eləcə də parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra, siyasi məsləhətləşmələrin növbəti raundunun əyani şəkildə keçirilməsini razılaşdırıblar.

Apa

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 + eight =